Netanyahuya xərçəng diaqnozu qoyulub: Əməliyyat olacaq

Netanyahuya qarşı korrupsiya ilə bağlı məhkəmə iclasının hökumət başçısının əməliyyatı səbəbilə təxirə salınacağı gözlənilir.

"Sherg.az" Euronewsturkce-yə istinadən xəbər verir ki, Netanyahunun bazar günü prostat əməliyyatı keçirəcəyi öyrənilib.

Jewish News Syndicate qəzetinin məlumatına görə, çərşənbə günü 75 yaşlı Netanyahuya prostat vəzinin xoşxassəli hiperplaziyası diaqnozu qoyulub. Netanyahuda prostat vəzinin böyüməsi səbəbindən sidik yolu infeksiyası aşkar edilib. İsrailin baş nazirinin o vaxtdan bəri antibiotik müalicəsi aldığı bildirilib.