Türkiyədən qayıdan suriyalıların sayı açıqlanıb

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya NTV kanalının efirində deyib.

O bildirib ki, son 21 gündə 35 min 114 suriyalı Türkiyədən ölkəsinə qayıdıb.

Nazirin sözlərinə görə, hər gün 1 700-ə yaxın qaçqın Suriyaya qayıdır: "İndi qayıdış daha çox Hələb şəhərinədir".