ABŞ-də meşə yanğınları səngimək bilmir.
"Sherg.az" Skynews-a istinadən xəbər verir ki, Los-Anceles tarixindəki ən dağıdıcı yanğınların qarşısının alınmasında bütün söndürmə vasitələrindən istifadə olunur.
Təbii fəlakət nəticəsində azı 5 nəfər ölüb, minlərlə bina dağılıb. Baydenin oğlu Hanter Baydenin 4 milyon dollarlıq evi yanaraq kül olub. Ümumilikdə zərər 60 milyard dollardan artıq qiymətləndirilir.
Yanğının söndürülməsi üçün suya tələbat o qədər böyükdür ki, yerli su çənləri müvəqqəti olaraq quruyub.
Baydenin bu gün İtaliyaya səfəri və Zelenski ilə görüşü nəzərdə tutulurdu, lakin fövqəladə vəziyyətə görə səfər ləğv edilib.