Əlcəzair Fransanın Afrikada törətdiyi qətliamlarda əsas həlqələrdən biri olub -ANALİZ

Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli blogeri qəbul etməməklə Fransanı alçaltmağa çalışır.
Bunu Fransanın daxili işlər naziri Bruno Retayo bildirib.
"Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq", - qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.
O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon avro təşkil edir ki, bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün dəryada bir damladır.

Qeyd edək ki, daha əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib.

Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Əlcəzairin Fransadan bir çox gözləntiləri mövcuddur:

"Ötən əsr boyunca Əlcəzair Fransanın Afrikada törətdiyi çoxsaylı qətliamlarda əsas həlqələrdən biri olub. Fransa bu günə qədər həmin dövlət cinayətlərini açıq şəkildə etiraf etməyib. Belə olan təqdirdə Əlcəzairin hər məqamda Fransa ilə daimi dərin münasibətlərindən söhbət gedə bilməz. Çünki müxtəlif dövrlərdə haqlı olaraq Əlcəzair öz ərazisində törətdilən əməllərə görə üzr istəməsini tələb etsə də, qarşı tərəf adekvat reaksiya verməyib. Həmçinin Fransa günə hər hansı izahatlar verməyib və dövlət səviyyəsində daimi ödənişlər həyata keçirmir. Bütün bunlara görə Fransa Əlcəzair əleyhinə fəaliyyət göstərən bir çox blogerlərin məskəninə çevrilib. Öz fikrini bildirən sadə fransızların üstünə atlarla və itlərlə hücum edən, eyni zamanda azadlıq küstəmləkərindəki azadlıq tələb edən insan hüquqlarına qarşı olmazın linç kompaniyalarını həyata keçirən Fransa bu gün öz ərazisində müxtəlif ölkələr əleyhinə dezinformasiyaların yayılmasına şərait yaradır".

Politoloq əlavə edib ki, Fransa daxil işlər naziri Bruno Retayonun fikirləri əsla səmimi ola bilməz:
"Onlar Əlcəzair məsələsində üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər. Həmçinin Fransa Əlcəzairin aldığı dövlət qərarlarını sorğulaya bilməz. Ümumiyyətlə hazırda Emmanuel Makronun bütün dünya ilə münasibətləri korlanmış vəziyyətdədir. Fransa iki dövlət arasındakı kompromisin dərinləşməsinin birbaşa səbəbkarı və günahkarıdır".