Sikorski Siyartoya sərt cavab verdi - "Orbanın təhsil haqqını Soros ödəyib"

Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşanın baş naziri Donald Tusku “Soros agenti” adlandıran macar həmkarı Peter Siyartoya sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, Sikorski bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Peter, sən hər şeyi baş-ayaq edirsən. Corc Soros Donal Tuskun Oksforddakı kollecdə təhsil alması üçün pul ödəməyib, amma Viktor Orbanın pulunu ödəyib”, - nazir yazıb.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Macarıstan Baş naziri Viktor Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə hədələyib. Buna cavab olaraq Peter Siyarto Donald Tusku “Soros agenti” adlandırıb.