
Münaqişənin taleyini həll edən açar: Ukraynanın gələcəyi Rusiya-ABŞ mübarizəsində müəyyən olunacaq
10:10 12.02.2025
Dünya
408
Əgər ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına gətirə bilsə, Kiyev Kursk vilayətində ələ keçirilən torpaqlardan imtina edərək Moskvaya birbaşa ərazi mübadiləsi təklif edə bilər.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Quardian”a müsahibəsində deyib.
"Biz bir ərazini digərinə dəyişə bilərik", - deyə o bildirib.
Zelenski Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərin hansı hissəsinin müqabilində tələb edəcəyini hələlik bilmədiyini vurğulayıb.
Politoloq Aqşin Kərimov "Sherg.az"a deyib ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi ilə bağlı səyləri kifayət qədər parlaq görünməkdədir:

"Trampın müharibənin yekun həllinin necə olacağına dair planının dəqiq təfərrüatları gün işığına çıxmayıb. Ən azından beynəlxalq ictimaiyyətdə müzakirələr zamanı bunun detalları açıqlanmır. Bununla belə, bəzi istiqamətlər ABŞ Prezidentinin hansı niyyətdə olduğunu göstərir. Tramp, Ukraynanın zəngin sərvətlərinin yerləşdiyi ərazilərdə ABŞ-nin iqtisadi mülkiyyətini qurmağa çalışır. Əgər ABŞ-Rusiya danışıqları baş tutsa, Ağ Ev həmin sərvətlərin istismarını güzəşt predmeti kimi Ukraynanın qarşısına qoyacaq. Rəsmi Kiyev bunu qəbul edərsə, Tramp Putinlə həmin məsələni müzakirə mövzusuna çevirə, o cümlədən Rusiya ilə birgə həmin sərvətlərin siyahısını hazırlaya bilər. ABŞ Prezidenti münaqişənin həllində Vaşinqtonun iqtisadi yükünü azaltmaqda israrlı görünür. Bununla belə, ABŞ-nin hegemoniyasını təmin etmək Donald Trampın əsas prioritetlərindən biridir. Sadəcə o, demokratlardan fərqli olaraq, alternativ yollarla bunu təmin etmək istəyir. Ukraynanın Kurskda tutduğu ərazilərin qaytarılması müqabilində isə Rusiyanın Ukrayna torpaqlarından geri çəkilməsi real deyil. Çünki Rusiya qoşunlarının Ukraynada kifayət qədər böyük irəliləyişləri qeydə alınır. Hərçənd ki, bu, indiki halda taktiki nailiyyətlərdir. Strateji nailiyyət isə o vaxt mümkün olacaq ki, Kreml Ukraynanı öz tələbləri kontekstində danışıqlar masasına gətirərək kapitulyasiya imzalamağa məcbur edəcək".
Politoloqun fikrincə, Vladimir Zelenski bu məsələdə Rusiyaya qarşı mümkün qədər dirəniş nümayiş etdirir. Bu isə Ukraynanın taleyini həll edən açar deyil:
"Ölkənin taleyi Rusiya-ABŞ mübarizəsi çərçivəsində müəyyən olunacaq. Həmçinin Şimali Koreya, Cənubi Koreya kimi Asiya güclərinin müharibəyə poyeksiyası mövcuddur. Başqa yandan isə digər dünya gücü Çinin Ukraynadakı maraqları və münaqişənin tənzimlənməsindəki diplomatik səyləri gözardı edilməməlidir. Ona görə də Ukraynanın taleyi çoxtərəfli mübarizə kontekstində Rusiya, Çin və ABŞ-nin yekun danışıqlar masasında hansı nəticələr əldə edə biləcəyi ilə mütənasib olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət