Rusiya gəmiləri Suriyadan sursat daşıyır - Britaniya

Son bir neçə gün ərzində La-Manş boğazında Suriyadan sursat daşıyan altı Rusiya dəniz və ticarət gəmisi görünüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, gəmilərə Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri nəzarət edir. Onlar təsdiqləyiblər ki, ruslar dekabrda Bəşər Əsədin devrilməsindən sonra Suriyadan qoşunlarını çıxarmağa davam edirlər.