Münhen Konfransı Avropa üçün kabusa çevrildi - Hoysgen

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen konfransı Avropa üçün qorxulu yuxu adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə forum rəhbəri ZDF telekanalının efirində deyib.

“Builki Münhen Konfransı müəyyən mənada Avropanın qorxulu yuxusu idi. Eyni zamanda çox maarifləndirici konfrans oldu”, - o bildirib.

Alman diplomatın sözlərinə görə, konfrans göstərdi ki, Trampın rəhbərliyi altında Amerika başqa planetdə yaşayır:

“Hətta respublikaçı senatorların da prezidentlərindən qorxduqları üçün ictimaiyyət qarşısında çıxış edərkən çox diqqətli olduqlarını müşahidə etdik”.