Naməlum silahlı şəxslər Cənubi Afrikada homoseksual imam Möhsün Hendriksi güllələyib.
Axar.az xəbər verir ki, bu barədə SABC polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü Şərqi Keyp əyalətinin Gebeha şəhəri yaxınlığında baş verib:
“İmam sürücü ilə avtomobildə olarkən yolu maşın kəsib və avtomobildən iki silahlı şəxs çıxıb. Həmin naməlum silahlı şəxslər imamın maşınına yaxınlaşaraq atəş açıb. Hendriks hadisə yerində həlak olub”.
Qeyd olunur ki, qətlin motivi hələlik məlum deyil:
“Hendriks toyda iştirak etmək üçün Gebehaya gedirmiş”.
İmam Möhsün Hendriks 1996-cı ildə dünyada gey kimi çıxış edən ilk imam olub. O, Keyptaundakı məsciddə yerləşən Qurba Fondu vasitəsilə gey müsəlmanlarla fəal işləyib.