
Cavanşir Abbaslı: “Tramp məsələni birdəfəlik “Zelenskinin böyükləri” ilə həll etmək istəyir”
Yusif Nəzərli
12:02 21.02.2025
Dünya
433
ABŞ Prezidenti Donald Tramp AB-yə Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verib. Bu barədə Avropa Parlamentinin deputatı Mika Aaltola özünün X səhifəsində yazıb. Deputat bildirib, ABŞ Ukraynanın kapitulyasiya şərtlərini razılaşdırmaq üçün bizə üç həftə vaxt verdi. Əks halda ABŞ Avropanı tərk edəcək. Onun sözlərinə görə, Tramp Rusiyanın təhlükəsizlik məsələlərinə üstünlük verir.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, Tramp qarşısında dirənən Avropa sonunda onun dediklərini həyata keçirəcək:

“Qərb heç zaman dünyanın əsas supergücünün ondan qopmasına razılıq verməz. Təsəvvür edin ki, Amerika və Rusiya bir aradadır. Bunun bədələni dünyanın bütün ölkələri ödəyər. Hər iki tərəf istədiyi yeri işğal edər, digəri də buna göz yumar. Necə ki, Rusiyanın işğalına Amerika boyun əydi, yaxud da prezident seçildikdən sonra Trampın bir sıra əraziləri Amerikaya birləşdirəcəyi barədə dediklərinə Rusiyanın özü tərəfindən belə ciddi yanaşılmadı. Bu baxımdan Avropa Birliyi öz təhlükəsizliyi üçün Trampın hədəflərinin gerçəkləşməsi və Rusiyanın qələbəsi ilə barışacaq. Tramp bu müharibəni tam olaraq bitirməkdə qərarladır. Növbəti mərhələ Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması gözləniləndir. Ukrayna rəhbərinin hazırda iki yolu qalır, ya kapitulyasiya sənədinə qol çəkmək, ya da Ukrayna ərazilərinin işğal dairəsinin genişlənməsi üçün Rusiyaya şanslar vermək.
Analitik əlavə edib ki, Tramp məsələni birdəfəlik “Zelenskinin böyükləri” ilə həll etmək istəyir:
"Bəllidir ki, Lavrov və Uşakov arasında Ər-Riyadda keçirilən görüşdən sonra Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır. Zelenski Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrə hələ də güvənir. Hesab edir ki, onlar Trampı məqsədindən geri addım atmağa sövq edə bilərlər. Amma bu mümkünsüzdür. Etiraf edək ki, hazırda da dünyada iki supergüc var, Amerika və Rusiya. Qərb dünyası bu iki nəhəngin bir araya gəlməsinə, yaxınlaşmasına heç zaman laqeyd yanaşa bilməzlər. Məhz onun üçün Trampın Ukrayna ilə bağlı planlarına sonunda göz yumacaqlar. Nəticədə Zelenski daha da təklənmiş durumda qalacaq və nicat yolu ölkəni tərk edib qaçmaq olacaq. O zaman da ona sığınacaq vermək istəyən Avropa ölkələri çox olacaq. Çünki, zatən onlar onun vasitəsilə istəklərinə qismən də olsa nail oldular. Bir vətəndaşlarının burnu belə qanamadı, əvəzində iki slavyan xalqı bir-birini qırdı. Hesab edirəm ki, qarşıdakı 3 həftə Ukraynanın taleyinin həll edilməsi həftəsi kimi tarixə düşəcək. Avropa Birliyi kim bilir ki, bəlkə də hazırda kapitulyasiya sənədini hansı istiqamətlərdə hazırlamaq üzərində düşünür. Sadəcə Trampın vaxt verdiyini deməklə həm də artıq dünyanı bu sənədə öyrəşməyə hazırlayırlar. 3 həftədən, lap ondan bir müddət də sonra olsun, sənədə qol çəkiləndə bunu hər kəs adi qarşılayacaq. Necə ki, hazırda Ukraynanın Amerika tərəfindən nəinki sıxışdırılması, hətta Rusiya qarşısında məğlubiyyətini qəbul etməyə məcbur edilməsi yönündə olan təzyiqlər adi qarşılandı”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi