
Politoloq: Atəşkəs İsrail tərəfindən sabotaj edilir
Yusif Nəzərli
05:29 27.02.2025
Dünya
440
Əsas məqsəd HƏMAS-ı küncə sıxışdırmaq, ümumiyyətlə, Qəzzadan çıxarmaqdır
İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, istənilən an Qəzzada hərbi əməliyyata başlaya bilərlər. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında istənilən vaxt intensiv döyüşləri bərpa etməyə hazırdır: "Son məqsəd Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməkdir". İsrailin maliyyə naziri Bezalel Smotriç ordunun yeni təyin olunmuş Baş Qərargah rəisi Eyal Zamirin rəhbərliyi altında Qəzzanı işğal etməyə hazırlaşdığını və bu prosesin ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə koordinasiyalı şəkildə həyata keçirildiyini açıqlayıb. Smotriç Fələstinin müqavimət hərəkatı HƏMAS-a ciddi xəbərdarlıq edərək, dağıdıcı hücuma keçəcəklərini deyib. Bezalel Smotriç həmçinin Tramp administrasiyasının İsrailin Qəzzanı işğal etməsini qətiyyətlə dəstəklədiyini qeyd edib. İsrailin məskunlaşma və milli layihələr naziri Orit Strok deyib ki, müharibədə qalib gəlmək son girovu geri qaytarmaqdan daha vacibdir: “Qəzzada strateji qələbəyə nail olmaq üçün bəzi girovlardan imtina edə bilərik. Bu, 10 il əvvəl İsraildə razılaşdırılmış məsələ idi”. O.Strok xatırladıb ki, daha əvvəl müxalifət lideri Yair Lapid bir girovun azad edilməsi müqabilində birdən çox məhbusun buraxılmasını əngəlləyən qanun layihəsi təqdim etmişdi: “Bu gün oxşar fikirlər ekstremist hesab edilsə də, bu anlayış yenidən qəbul edilməlidir”. Nazir vurğulayıb ki, əgər İsrail HƏMAS-ı aradan götürsə və fələstinlilərin böyük əksəriyyətini Qəzzadan çıxarsa, bu, bütün bölgəyə güclü mesaj verəcək.
İsrail xarici işlər naziri Gideon Saar bildirib ki, daha çox israilli girovun azad edilməsi qarşılığında Qəzzada atəşkəsi uzatmağa hazırıq: "Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, İsrail və HƏMAS arasında atəşkəs ilk növbədə İsrail tərəfindən sabotaj edilir. Onun sözlərinə görə, İsrail bir neçə fələstinlini qaytarmayacağını bildirir:

"İordaniyanın, Misirin, Qətərin birbaşa təzyiqilə HƏMAS girovları qaytarır. Türkiyə də bu prosesdə iştirak edir. Qəzzadan fələstinlilərin köçürülməsi məsələsi var. Əsas məqsəd HƏMAS-ı küncə sıxışdırmaq, ümumiyyətlə, Qəzzadan çıxarmaqdır. Amerikanın da, İsrailin də planı bundan ibarətdir. Qəzzadan fələstinlilərin köçürülməsini etnik təmizləmə hesab etmək olar. Bu da beynəlxalq nizamın çox ciddi şəkildə pozulması, beynəlxalq hüququn kobud şəkildə tapdanmasına gətirib çıxara bilər və Yaxın Şərqdə vəziyyəti kəskinləşdirər. Yaxın Şərqdə proseslər dərin və böhranlıdır. HƏMAS-ın Qəzzada qalması və öz mövqeyini qoruyub saxlaması ABŞ-ni, İsraili narahat edən əsas faktordur. HƏMAS mövqeyi qorumağa davam edərsə, ABŞ Qəzza ilə bağlı çox ciddi planlar həyata keçirə bilər. Bu da bölgəyə hərbçilərin göndərilməsi və Qəzzada vəziyyətin ABŞ tərəfindən ələ alınması ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm