
Tramp ABŞ-də beyin axınına səbəb oldu - ŞƏRH
Yusif Nəzərli
05:05 05.03.2025
Dünya
672
Rekord hadisə Böyük Britaniyada iqtisadi artımı sürətləndirməklə yanaşı, dünyada dominant mövqeyə gətirib çıxaracaq
Donald Trampın hakimiyyətə gəlməsi və vergi dəyişikliklərindən sonra Britaniya vətəndaşlığı üçün müraciət edən amerikalıların sayı rekord həddə çatıb. ABŞ Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, keçən il 6100-dən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı üçün müraciət edib. Müraciətlərin sayı 20 il əvvəl qeydə alınandan bəri ən yüksək göstəricidir və 2023-cü ildən 26 faiz çoxdur. Britaniya vətəndaşlığı üçün müraciətlərin ümumi sayı 6 faiz artaraq 251 minə çatıb ki, bu da növbəti rekorddur. Nazirliyin məlumatlarına görə, ABŞ vətəndaşlarından müraciətlər xüsusilə 2024-cü ilin son rübündə artaraq, təxminən 1700-ə yüksələrək, əvvəlki ilə nisbətən 40 faiz artıb. İmmiqrasiya hüquqşünasları deyirlər ki, artım Trampın noyabrın əvvəlində yenidən prezident seçilməsi, habelə Britaniyada amerikalıları ölkəni tərk etməzdən əvvəl Britaniya pasportları almağa təşviq edən vergi dəyişiklikləri ilə əlaqədardır. "Financial Times"ə danışan "Farrer & Co" hüquq firmasının ortağı Elena Hinşin ABŞ-dəki siyasi iqlimin Böyük Britaniyada rezidentliyə marağın artmasında "çox əhəmiyyətli amil" olduğunu söyləyib: "Kampaniyadan bəri ABŞ-dən vətəndaşlığa daha çox maraq gördük. Əvvəlki Tramp administrasiyası dövründəkindən daha çox maraq var".
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyət olimpinə qayıtması fonunda verdiyi qərarlar dünya gündəminin aktual mövzularındandır. Ekspertə görə, xüsusən Trampın Ukrayna ilə bağlı yürütdüyü siyasət, eyni zamanda qonşu dövlətlərə rüsumların tətbiq edilməsi ilə bağlı verdiyi qərarlar, bəyanatlar Amerikanın daxili və xarici siyasətində köklü dəyişikliklərin olacağından xəbər verir:

"Nəzərə alaq ki, Trampın rəsmi inauqurasiya mərasimindən təxminən ay yarım zaman ötüb. Bu müddət ərzində Ağ Ev rəhbəri kifayət qədər dinamik addımlar atıb. Trampın daxildə apardığı siyasət ABŞ-də yaşayan varlı təbəqənin maraqlarına xidmət edir. Bu da heç şübhəsiz, Amerika vətəndaşları arasında bərabərsizliyi təşviq edir. Varlı təbəqə daha çox imkan qazanır, onların qarşısında yeni perspektivlər açılır, orta və aşağı təbəqə isə sürətlə kasıblamağa doğru gedir. Trampın miqrasiya siyasətində də qəribəliklər müşahidə olunur. ABŞ doğumlu vətəndaşların qeydiyyat və yaşayış yeri məsələsi qabardılır. Hüquqşünaslar bunu ölkə Konstitusiyasına zidd addım hesab edirlər".
A.Niftiyevə görə, bu yanaşma ciddi fəsadlar doğura bilər:
"İlk növbədə ABŞ-dən digər ölkələrə beyin axını ilə nəticələnər. Bu da dünyanın "super gücü" üçün riskli vəziyyətin yaranması deməkdir. Eyni zamanda Çin və digər ölkələrə qoyulan rüsumlar fonunda biznes sferasında olan şəxslərin ABŞ ilə qarşılıqlı münasibətləri zəifləyə bilər. Bununla yanaşı, ölkədə hakimiyyətin qərarlarından narazı olan geniş kütlə ABŞ-ni tərk etmək haqqında düşənəcək. Artıq göründüyü kimi ölkəni tərk edənlərin sayında ciddi artım var. Onların ən çox üz tutduğu ölkələrdən biri Böyük Britaniyadır. Bilirsiz ki, Britaniya Avropa Birliyini tərk edib. ABŞ-dən gələn beyin axını Böyük Britaniyada iqtisadi artımı sürətləndirməklə yanaşı, dünyada dominant mövqeyə gətirib çıxaracaq. Ona görə düşünürəm ki, Tramp istər miqrantlarla bağlı, istər daxili siyasətdə, istərsə də beynəlxalq geosiyasi müstəvidə müəyyən güzəştlərə getməli olacaq. Bir müddət sonra müəyyən yumşalmaların şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət