Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək

ABŞ Prezidenti Donald Trampla Kanadanın Baş naziri Mark Karni seçkilərdən sonra görüşəcək.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

Tramp Mark Karni ilə çox məhsuldar telefon danışığı apardığını və bir çox məsələlərdə razılaşdıqlarını bildirib:

"Mən Kanadanın Baş naziri Mark Karni ilə söhbətimi yenicə bitirdim. Biz bir çox məsələlərdə ortaq fikrə sahibik. Kanadada qarşıdan gələn seçkilərdən dərhal sonra siyasət, biznes və bütün digər sahələrdə işləmək üçün görüşmək barədə razılaşdıq. Bu, nəticə etibarilə həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün faydalı olacaq".