Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri üç respublikanın sərhəd kəsişmə nöqtəsi ilə bağlı sazişi imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Saziş Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı imzalanıb.
Bundan əlavə, liderlər Xucand Bəyannaməsini imzalayaraq əbədi dostluq münasibətlərini təstiq ediblər.