Ağ Ev Maskın dövlət xidmətini tərk etmək planları ilə bağlı xəbərləri təkzib etdi

Amerikalı sahibkar İlon Maskın dövlət xidmətini tərk edəcəyi ilə bağlı xəbərlər təkzib olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Mask Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) işi başa çatdıqdan sonra dövlət xidmətini tərk edə bilər.

"İlon Mask və Donald Tramp açıq şəkildə bildirdilər ki, İlonun DOGE-dəki inanılmaz işi başa çatdıqdan sonra o istefa verəcək" - Levitt bildirib.

Ağ Evin sözçüsü milyarderin tezliklə vəzifəsindən gedəcəyi ilə bağlı məlumatları “zibil” adlandırıb.