BMT açıqladı - Qlobal taxıl ehtiyatları 1,5 faiz azalacaq
Yusif Nəzərli
15:22 04.04.2025
Dünya
365
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına yenidən baxaraq 2025-ci ildə məhsul istehsalı və məhsul perspektivləri haqqında yeni məlumatların əksini tapdığı Taxıl Təchizatı və Tələb Xülasəsini dərc edib.
Teleqraf xəbər verir ki, 2024-cü ildə qlobal taxıl istehsalının 2,849 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz azdır, Lakin Avstraliya və Qazaxıstanda buğda istehsalının proqnozlaşdırılandan çox olması gələcək gözləntiləri optimist edir.
FAO-nun 2024-2025-ci illər mövsümündə qlobal düyü istehsalı ilə bağlı proqnozuna gəlincə, əkin sahələrinin artması ilə əlaqədar olaraq əvvəlki illə müqayisədə istehsalın 1,6 faiz artaraq 543,3 milyon ton səviyyəsində olması gözlənilir.
Təşkilatın 2025-ci ildə qlobal buğda istehsalı ilə bağlı proqnozu isə keçən ayki 895 milyon ton səviyyəsində qalıb.
Avropa Birliyi, Argentina, Misir və Hindistanda da istehsalın artımı gözlənilir. Avstraliya, Amerika Birləşmiş Ştatları və Yaxın Şərqinin böyük hissələrində azalma proqnozlaşdırılır. Cənub yarımkürəsində qarğıdalı məhsulu ilə bağlı proqnozlar qarışıqdır, Braziliya və Cənubi Afrikada artım, Argentinada isə azalma gözlənilir. 2024-2025-ci illər mövsümündə qlobal taxıl istehlakı mövsümün göstəricisini 0,9 faiz üstələyərək 2868 milyon ton təşkil edəcək.
Proqnozlara görə, 2025-ci ilin vegetasiya mövsümünün sonuna qədər qlobal taxıl ehtiyatları 1,5 faiz azalaraq 873,3 milyon tona düşəcək.
Əksinə, qlobal buğda və düyü ehtiyatları isə arta bilər. FAO-ya görə, qlobal taxıl ehtiyatının istehlaka nisbəti 2024-2025-ci illər mövsümündə 30,1 faizə çata bilər ki, bu da keçən illə müqayisədə bir qədər aşağı, lakin ümumilikdə kifayət qədər yüksəkdir.
Təşkilat mövsüm qlobal taxıl ticarəti ilə bağlı proqnozunu da yenidən nəzərdən keçirib. 2024-2025-ci ildə 5,3 milyon ton azalaraq 478,9 milyon tona endirib. Bu da 2023-2024-cü illə müqayisədə 6,7 faiz azdır. Çinin taxıl alışının azalması proqnozların aşağıya doğru çəkilməsinə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm