ABŞ ordusunu kiçiltmək istəyir

ABŞ ordusunun rəhbərliyi şəxsi heyətin sayının 90 min nəfərə qədər azaldılması imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Military.com” portalı məlumat yayıb.

Bildirilib ki, ordu rəhbərliyi qeyri-rəsmi şəkildə müntəzəm hərbi qüvvələrdə xidmət edən hərbçilərin sayının genişmiqyaslı şəkildə - 90 min nəfərə qədər azaldılması variantını müzakirə edir.

Portalının həmsöhbətləri qeyd ediblər ki, bu planlar Pentaqonun artan büdcə çatışmazlığı ilə əlaqədardır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosunda da (FTB) ixtisarlar aparılıb.