İki min 60 yaşındadır: Qədim sirrə 20 dəqiqəlik dırmaşmaqla çatmaq olur
Yusif Nəzərli
15:10 06.04.2025
Dünya
462
Adıyamanın Besni rayonunda 2060 il əvvəl sal qayaya oyulmuş Kommagene kralı I Antioxun oğlu II Mitridatisin məzarının yerləşdiyi Sesönk (Obelisk) Tumulusu diqqət çəkir. Tumulus quruluşu və yeri ilə görənləri valeh edir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Dikilitaş kəndinin qayalıq və hündürlükdə yerləşən Kızıltəpə bölgəsində yerləşən Sesönk Höyükdə 3 yuvalı türbə otağına pillələrlə qalxılır. Oyulmuş əsas qayada 7 metr hündürlüyündə, 30 metr diametrdə söküntü daşlarından hörülmüş tumulus var. Digər tumullar torpaq və kiçik çınqıllardan, Sesönk tumulusu isə iri söküntü daşlarından ibarətdir. Şimal, cənub və şərqdə 6 sütunu olan Sesönk höyükünün şərqindəki 2 sütun zamanla dağılıb. Kommagene kralı I Antioxun oğlu II Mitridatisin məqbərəsinin yerləşdiyi bu mühüm tarixi tikili yüksək qayalıq ərazidə yerləşdiyi və nəqliyyat vasitələrinin olmaması səbəbindən çox az adam tərəfindən ziyarət edilir. Tumul haqqında məlumat verən Muzey direktoru Mehmet Alkan, "Burada olan tumulun hündürlüyü 7 metrdir və 3 yuvanın içindən qayaya oyulmuş bir məzardır. İndi içəri girilə bilər və yuxarı hissələrində söküntü daşlarından 7 metr yüksəklik yaradılıb. Bura Kommagenie Krallığının məzarlıq yeri olaraq bilinir. I Antioksun oğlu Kral II Mitridatisin miladdan öncə 36-2-ci1 illərdə bura dəfn edildiyi zənn edilir. Bu qayalığa təxminən 20-25 dəqiqəlik piyada yolla gəlirlər. Bura çox baxımsız, yüksək dağlıq ərazidə yerləşir.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə