“ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edəcək”.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
Birləşmiş Ştatların lideri bildirib: “İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq. Vaxtımız var, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Hərbi əməliyyat tələb olunarsa, bunu edəcəyik. İsrail bu işdə yaxından iştirak edəcək”.