Analitik: Rusiya və Amerika Ukraynanın NATO üzvü olmasını istəmir
Yusif Nəzərli
11:14 16.04.2025
Dünya
425
NATO-nun baş katibi Mark Rutte Odessada bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq.
Bu barədə "Strana.ua" məlumat yayıb.
Rutte bildirib ki, biz heç vaxt Ukraynaya bunun sülh sazişinin tərkib hissəsi olacağına dair vəd verməmişik.
Bununla yanaşı, o, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin gündəmdə qalıb-qalmadığına dair suala "bəli" cavabını verib.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, danışıqlara hazırlıq prosesi hələ davam edir:
“Danışıqlar əsnasında müxtəlif variantlar təqdim oluna bilər. Nəticənin necə olacağını isə hadisələr göstərəcək. Digər tərəfdən Rusiyanın Ukraynanın NATO üzvlüyündən əl çəkməsi kimi tələbləri mövcuddur. Yəni gələcək razılaşmalar üçün Rusiya bunu vacib sayır. Ümumiyyətlə, Rutte bu məsələdə iştirakçı deyil və heç nə söyləyə bilməz. İştirakçı ölkələr Rusiya, Ukrayna və Amerika Birləşmiş Ştatlarıdır. Amerika Ukraynaya təzyiq göstərərək həmin müddəanın sazişdə olmasını söyləyir. Ukrayna tərəfi müəyyən dərəcədə buna qarşı gəlir və NATO ilə bağlı heç bir öhdəlik götürməməyə çalışır. Lakin Ukraynanın öz iddialarının üzərində qalıb-qalmayacağını da vaxt göstərəcək. İndiki Rusiya və Amerika rəhbərliyinin mövqeyi Ukraynanın NATO üzvü olmamasından ibarətdir. NATO-nun rəhbərliyi və ayrı-ayr ölkələri çalışır ki, Ukraynaya yardımlar etsin və onun üzvlüyündə dəstək göstərsinlər. Amma aparıcı NATO ölkələri bunu istəməməsi sözügedən məsələ ilə bağlı suallar yaradır. Danışıqlar isə həmin mürəkkəb mövzularla bağlı ortaq məxrəcə gəlmək üçün aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm