
MAQATE rəhbərinin arzusu: İran nüvə silahını əldə edənə qədər prosesləri uzatmağa çalışır
12:00 17.04.2025
Dünya
477
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İrandadır.
O, İrana yola düşməzdən əvvəl “Le Monde” qəzetinə verdiyi müsahibədə Tehranın nüvə problemi ilə bağlı İran və ABŞ arasında Omanda başlanan dialoqda öz təşkilatının iştirakını arzuladığını bildirib.
O hesab edir ki, İran nüvə silahı hazırlamağa yaxındır:
“Biz Arakçı və Uitkoff arasında ikitərəfli dialoqun bir hissəsi deyilik, lakin buna biganə də deyilik. Onlar çox yaxşı bilirlər ki, hər hansı potensial razılaşmaya öz sözümüzü deməliyik, çünki bunu sınaqdan keçirən tərəf biz olacağıq. Ona görə də bizim tərəfimizdən onlarla qeyri-rəsmi mübadilələrə başlanılıb”.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, əslində hazırda İran və ABŞ arasında bazar prosesi gedir:

"2015-ci ildən 2018-ci ilə qədər nüvə obyektlərinin həyata keçirilməsinə MAQATE nəzarət edirdi. Bu qurumun əlində kifayət qədər materiallar toplanıb desək, çətin olar. Çünki İranın bütün nüvə obyektlərini göstərib-göstərməməsi bəlli deyil. Lakin hər halda MAQATE bundan arxayın olduğunu söyləyir. Odur ki, Rafael Qrossi dialoqda iştirak etməyi arzulayır. Ümumiyyətlə danışıqlar prosesinin ana xəttində MAQATE-nin fəaliyyəti durur. Amma ABŞ və İranın buna razı olub-olmayacağı sual altındadır. Digər tərəfdən açıq görünür ki, İran zamana oynayıb nüvə silahını əldə edənə qədər prosesləri uzatmağa çalışır. Həmçinin Vaşinqtonun təzyiqləri artarsa, Tehran məcburiyyət qarşısında qalıb hərbi müdaxilənin qarşısını almaq üçün danışıqlar masasına otura bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya