TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir
14:32 17.04.2025
Dünya
464
Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin müalicəsi reanimasiyada davam edir. Qan dövranını dəstəkləyən cihaza qoşulan Öndərin ölüm təhlükəsi hələ də davam edir.
"Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, xəstəxana qarşısında açıqlama verən professor doktor Çavlan, "bu gün ümumi vəziyyəti dünənkindən daha yaxşıdır. Müalicəyə kifayət qədər yaxşı reaksiya verdiyini düşünürük. Ürəyin sol tərəfinin yaxşı daralması ümidvericidir. Reanimasiya prosesimiz davam edir, bizi uzun bir proses gözləyir. Səsləri eşidə bilir və o səslərə reaksiya verə bilir. Sağ mədəciyin sağalması normal olaraq 5 gündür, ancaq bəzi xəstələrdə bu müddət uzadıla, 40 günə qədər ola bilər. Mənim proqnozum 10 ilə 40 gün arasındadır. Həyati təhlükəsi hələ də davam edir”, söyləyib. Xəstəxanadan verilən yazılı açıqlamada Sırrı Süreyya Öndərin müalicə prosesi ilə bağlı məlumat verilib. Açıqlamada, "O, ümumiyyətlə müalicələrimizə yaxşı cavab verir. Onun sistem və metabolik parametrləri yaxşılaşır. Asidoz yaxşılaşıb və sidik ifrazı normaldır. Bu gün yalnız böyrəkləri qorumaq üçün hemofiltrasiya edəcəyik. Spontan nəfəsi var. Ağrılı bir stimul reaksiyası var. Onun qan təzyiqi və qan dövranı dünənkindən daha normaldır. MOEK-də qan dövranı yaxşıdır. Noradrenalin və dobutamin, orta hesabla 110/66 mmHg, sol mədəciyin daralması hələ də yaxşı deyil, çox az daralır", bildirilir. Açıqlamada EEQ-nin taxıldığı və cihazın 24 saat qalacağı bildirilib, "proses uzundur, gözləyəcəyik. Reanimasiya prosesi davam edir", ifadələrindən istifadə edilib. Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Öndər Məclisdəki ən gərgin məqamlarda belə özünəməxsus üslubu, gərginliyi azaldan açıqlamaları və dialoqları ilə hər zaman “hamıya xoş gələn” siyasətçi kimi tanınır. 1962-ci ildə Adıyamanda türkmən ailəsində anadan olan Öndər lisey şagirdi olarkən Maraş qırğını etirazlarında iştirak etdiyi üçün həbs edilib. Azadlığa çıxandan sonra Mülkiye imtahanını qazanaraq universitet təhsili üçün paytaxta gəlib. 1980-ci il çevrilişindən sonra 7 il həbsdə yatıb. Həbsdən çıxandan sonra Öndər dolanmaq üçün hətta yük maşını sürücüsü işləsə də, eyni zamanda bədii mətnlər də yazmağa başlayıb. 2006-cı ildə mükafata layiq görülmüş “Beynəlmiləl” filminin ssenarisini yazıb, rejissorlardan biri olub. O, ssenarist, rejissor, ssenari məsləhətçisi və aktyor kimi bir çox filmlərdə iştirak edib. Öndər ilk dəfə 2011-ci ildə TBMM-ə seçilib. 2013-2015-ci illər arasında həyata keçirilən "həll prosesi"ndə aktiv rol alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya