
Böyük Britaniya AB ilə anlaşmadan qazanclı çıxacaq -ANALİTİK
12:17 22.04.2025
Dünya
392
Elçin Xalidbəyli: AB-nin ayırdığı maliyyə vəsaitinin bir hissəsi Böyük Britaniyadan silah alınmasına yönəldiləcək
Böyük Britaniya Baş naziri Keyr Starmer AB ilə böyük ticarət razılaşmasına yaxındır.
Bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, müqavilə Britaniya silah şirkətlərinə avropalı müttəfiqlərə milyardlarla funt-sterlinq dəyərində silah satmağa imkan verəcək:
“Bu, Londonun balıqçılıq hüququ məsələsində Brüsselə əhəmiyyətli güzəştlərindən sonra mümkün olub”.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Ticarət razılaşması həm AB, həm də Böyük Britaniyanın maraqları çərçivəsindədir:

"Xüsusilə Böyük Britaniya bu anlaşmadan qazanclı çıxacaq tərəf kimi görünür. Çünki AB hərbi xərclərə 800 milyard avro vəsait ayırıb. Həmçinin AB-də Rusiya xofu mövcuddur. Bunun ucbatından Avropa ölkələri yaxın 3-5 il ərzində hərbi xərcləri artırmaq və ordularını gücləndirmək üçün böyük maliyyə vəsaitləri ayırmağa başlayıblar. Bu məbləğ də bir çoxlarının, yəni silah ticarəti ilə məşğul olan dövlətlərin iştahını qabardır. Xüsusilə də Fransa AB-nin üzvü olsa da, 800 milyardlıq hərbi məqsədlərə yönəlik vəsaitin məhz öz şirkətlərinin istehsal etdiyi hərbi texnikanın alınmasına xərclənməsinə cəhd göstərir".
Politoloq vurğulayıb ki, AB ölkələrinin bir çoxu Fransa silahlarının effektiv olmadığını düşündüyü üçün başqa dövlətlərdən, o cümlədən Türkiyədən də əsasən pua tipli ilahların alınmasında maraqlıdır:
"Böyük Britaniyanın da bu istiqamətdə önə çıxması qətiyyən təəccübləndirici deyil. Bu ölkənin hərbi texnikası kifayət qədər effektiv və nüfuzlu silah növlərinə aiddir. AB üzvləri də Böyük Britaniya silahları əldə etməkdə tamamilə maraqlıdırlar. AB-nin ayırdığı maliyyə vəsaitinin bir hissəsi Böyük Britaniyadan silah alınmasına yönəldiləcək. Nəticədə bu ölkənin silah şirkətləri geniş qazanclar əldə edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə