Pekin: ABŞ ticarət müharibəsinə davam etsə, biz də sona qədər mübarizə aparacağıq
Yusif Nəzərli
07:40 30.04.2025
Dünya
455
"Çin xarici işlər naziri Van İ bildirib ki, ABŞ ticarət müharibəsini davam etdirərsə, Pekin də sona qədər cavab verəcək".
Teleqraf xəbər verir ki, o, bu fikirləri Braziliyada keçirilən BRIKS toplantısında səsləndirib.
“Əgər ABŞ mübarizə aparmaq istəyirsə, biz də hazırıq. Əgər dialoqa hazırsınızsa, o zaman bir-birimizi bərabər tərəf kimi qəbul etməliyik”,- o qeyd edib.
Nazir bildirib ki, Çin yalnız öz maraqlarını yox, həm də dünyanın gələcəyini qoruyur. O həmçinin BRIKS ölkələrini beynəlxalq qaydalara hörmət etməyə və ədalətli dünya qurmağa çağırıb.
“Dünya bir ölkənin hökm sürdüyü təkqütblü sistemlə davam edəcək, yoxsa hamının söz sahibi olduğu çoxqütblü sistem qurulacaq?”
ABŞ-nin yeni tarif qərarları:
Ətraflı
Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkəyə yeni gömrük tarifləri tətbiq etdiyini açıqlayıb. Bu tariflər aprelin 5-də qüvvəyə minib. Hamıya şamil olunan tarif 10%-dir.
Aprelin 9-da Tramp bəzi ölkələr üçün bu tarifləri 90 gün dayandırdığını bildirib. Bu müddətdə yalnız 10%-lik ümumi tarif qüvvədə olacaq.
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi tariflər hazırda 145%-ə çatır. Cavab olaraq, Çin də ABŞ mallarına tətbiq olunan tarifləri 125%-ə qaldırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm