Almaniya kansleri Fridrix Merz miqrasiya böhranı ilə əlaqədar fövqəladə rejim tətbiq etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Die Welt" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Hökumət qaçqınlara sığınacaq verilməsindən imtina etməyə imkan verən Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin 72-ci maddəsinin aktivləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsinə xüsusi diqqət yetirəcək.
Bundestaq seçkiləri öncəsi "YouGov" sorğusunun nəticələrinə görə, almanların 31%-nin əsas problemi miqrasiya olub. İkinci yerdə iqtisadi vəziyyət və inflyasiya (26%), üçüncü yerdə sosial təminat (16%) gəlir.