İstanbulda tarixi görüş: Putin və Zelenski Ərdoğana razılıq verdi
Yusif Nəzərli
06:19 12.05.2025
Dünya
445
İstanbul üç ildir davam edən müharibəni bitirmək istəyən Rusiya və Ukraynaya ev sahibiliyi etməyə hazırlaşır. Müharibə başlayandan sonra tərəflər arasında əsir mübadiləsini təmin edən, savaşın əvvəlində İstanbulda Moskva və Kiyevi sülhə yaxınlaşdıran və taxıl dəhlizi ilə ərzaq böhranının qarşısını alan Ankara növbəti dəfə məsuliyyəti öz üzərinə götürür.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, artıq Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mayın 15-də İstanbul görüşməyə razılıq verib.
Ətraflı
“Ukrayna-Rusiya müharibəsini bitirməkdə çətinlik çəkən ABŞ Prezidenti Donald Tramp son telefon danışığında türk həmkarı Rəcəb Tayyib Ərdoğana özəl müraciət edərək, tərəfləri sülh masasına oturtmaq üçün Ankaraya birgə işləməyi təklif edib.
Ankaranın Tramp və Putinin istəyi ilə Ukraynanı daimi atəşkəsə razı salmaq üçün addım atacağı gözlənilir. Prezident Ərdoğanın daimi atəşkəsə doğru ilk addımı 2022-ci ildə İstanbulda keçirilmiş danışıqların yenidən bərpası olacaq. Ərdoğan Türkiyənin atəşkəs və daimi sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazır olduğunu bəyan edib”, - materialda qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm