Volodimir Zelenski: Rusiyanın İstanbula göndərdiyi nümayəndə heyəti saxtadır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbula danışıqlar üçün göndərdiyi nümayəndə heyətini “saxta” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Ankarada jurnalistlərə bildirib.

“ABŞ Türkiyəyə yüksək səviyyəli nümayəndə heyəti göndərib. Rusiyanın nümayəndə heyətinin səviyyəsinə baxacağıq, gördüyümüz budur ki, saxtadır”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada baş tutacaq görüşdən (günortadan) sonra gözlənilir.