Ursula fon der Leyen: Rusiya Prezidenti vədini yerinə yetirmədi

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə Türkiyədə görüş vədini yerinə yetirmədi.
Teleqraf xəbər verir ki, Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“Putin atəşkəsə çağırdı, amma bu sözünə əməl etmədi. Prezident Putin Rusiya və Ukraynaya Türkiyədə görüşməyi təklif etmişdi, Zelenski görüşə hazır idi, amma Putin gəlmədi”, - qurum rəhbəri bildirib.