
Politoloq: İstanbulda keçiriləcək görüş danışıqlara əhəmiyyətli təsir göstərməyəcək
11:54 02.06.2025
Dünya
316
İstanbulda keçirilən danışıqlarda tərəflər əslində məsələyə tamamilə fərqli mövqelərdən yanaşacaqlar
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar İstanbulda başlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov, Rusiya tərəfinə isə prezidentin müşaviri Vladimir Medinski rəhbərlik edir.
Danışıqlarda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan təmsil edir.
Qeyd edək ki, danışıqların birinci raundu mayın 16-da keçirilib.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, İstanbulda keçiriləcək görüş müsbət hal sayılsa da, müharibə ilə bağlı danışıqlara əhəmiyyətli təsir göstərməyəcək:

"Nəzərə alaq ki, müzakirələr öncəsi hələ də Ukraynanın əraziləri kütləvi raket-dron hücumlarına məruz qalır. Həmçinin Ukrayna silahlı qüvvələri Rusiya ərazisində unikal əməliyyat keçirdilər. Bu isə həm Rusiya, həm də dünya güclərinə bir mesajdır. Kiyev göstərdi ki, onun hərbi qabiliyyətini məhv etmək mümkün deyil. Odur ki, Ukrayna müqavimətini dayandırmayacaq. İstanbulda keçirilən danışıqlarda tərəflər əslində məsələyə tamamilə fərqli mövqelərdən yanaşacaqlar. Ukraynanın əsas tələbi Rusiyanın işğal olunmuş ərazilərlə bağlı tutduğu mövqedən geri çəkilməsidir. Kreml isə öz növbəsində maksimalist yanaşma sərgiləyərək prosesi davam etdirməyə və istəklərini qəbullandırmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya