Britaniya və Fransa Ukraynaya qoşun yeritmək planını tamamladı

London və Paris Ukraynada hərbi qüvvələrin yerləşdirilməsi planının hazırlanmasını başa çatdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

"Böyük Britaniya və Fransa qüvvələrin yerləşdirilməsi və onların prosedurları ilə bağlı planı yekunlaşdırıb, lakin atəşkəs danışıqları bərpa olunana qədər planı dayandırıblar", - agentliyin mənbələri belə deyib.