İtaliya Baş naziri: Rusiyadan gələn siqnallar ürəkaçan deyil

“Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiyadan gələn siqnallar ürəkaçan deyil”.

Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

“Rusiyadan gələn siqnallar ürəkaçan deyil. Bu gün ABŞ Prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyünün masada olmadığını və Rusiyanın beynəlxalq aləmə inteqrasiya edilməli olduğunu dediyi bir vaxtda Moskvadan sülhə doğru aydın və sürətli addımlar gözləmək olardı, amma bunun əksi baş verir. Rusiya bu cür müsbət tendensiyaya mülki infrastrukturları hədəf alan bombardmanlarla və daxili təbliğat məqsədilə danışıqlar təklifləri ilə cavab verir”, - İtaliya hökumətinin başçısı vurğulayıb.