Madriddə hökumət əleyhinə etiraz aksiyası keçirildi

Madriddə İspaniya Xalq Partiyasının təşkilatçılığı ilə minlərlə insan hökumət əleyhinə etiraz aksiyası keçirib.

Teleqraf xəbər verir ki, aksiya İspaniya meydanında baş tutub.

Xalq Partiyasının sədri Albert Nunyes Feyxo vətəndaşları hökumətin siyasətinə qarşı çıxmağa çağırıb. O, hökumətin korrupsiya və yalanlarla məşğul olduğunu bildirib.

Feyxo hökumətin fəaliyyətini tənqid edərək, rəhbərlik etdiyi partiyanın ölkədə "əsas alternativ” olduğunu vurğulayıb və etiraz aksiyasının milyonlarla insanın səsi olduğunu qeyd edib.