Tramp qubernatordan üzr istəməsini tələb edir

ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qvin Nevsom və Los-Anceles meri Karen Bassın davam edən etirazlara görə üzr istəməli olduqlarını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

"Qavin və Bass gördükləri tamamilə dəhşətli işə görə Los-Anceles xalqından üzr istəməlidirlər. Bura indi Los-Ancelesdə davam edən etirazlar da daxildir", - dövlət başçısı bildirib.

Qeyd edək ki, Tramp Kaliforniyada qeyri-qanuni mühacirlərin deportasiyasına qarşı başlayan etirazlar fonunda qanunsuzluqla mübarizə üçün Milli Qvardiyanın iki min əsgərinin göndərilməsi haqqında memorandum imzalayıb.