Ukrayna dron hücumlarına qarşı könüllüləri səfərbər edir
Yusif Nəzərli
14:47 11.06.2025
Dünya
323
Ukrayna Nazirlər Kabineti ölkə ərazisinin hava hücumlarından müdafiəsini gücləndirmək məqsədilə yeni eksperimental layihəyə start verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün teleqram kanalında paylaşıb.
Layihə çərçivəsində pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün könüllülər Müdafiə Nazirliyinin təşəbbüsü ilə orduya cəlb olunacaqlar.
Məlumata görə, eksperimental layihə Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə və könüllü birləşmələrə aid şəxslərin iştirakı ilə həyata keçiriləcək və maksimum iki il davam edəcək.
Melnıçuk bildirib ki, bu layihədə iştirak etmək üçün şəxslər yalnız müvafiq texniki bilik və bacarığa malik olmalıdırlar. Onlar atıcılıq imkanı PUA -lar və ya idarə olunan təyyarələr vasitəsilə düşmənin dronlarını zərərsizləşdirə biləcəklər.
Radanın deputatı Aleksiy Qonçarenko isə əlavə edib ki, hətta səfərbərliyə cəlb olunmayan şəxslər də layihədə könüllü kimi iştirak edə biləcəklər. Onlar şəxsi silah, pilotsuz uçan aparat, avtomobil və digər texniki vasitələrdən istifadə edə biləcəkləri kimi, Ukrayna Silahlı Qüvvələri tərəfindən də texnika və sursatla təmin olunacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət