Pezeşkian: ABŞ İsrailin hücumunu dəstəkləyir

ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə endirdiyi zərbələr İsrailin Tehran üzərinə hücumunun arxasında məhz Vaşinqtonun dayandığını təsdiqləyir.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

O qeyd edib ki, bu hərəkətlər regionda gərginliyi daha da artırır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir.