Həsən Həbibullazadə: Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir

Biz bu qeyri-bərabər və amansız müharibədə yanımızda olan Türkiyədəki bütün qardaşlarımıza təşəkkür edirik.
Teleqraf xəbər verir ki, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullazadə deyib.

O, türk xalqının onlarla həmrəy və birlikdə olduğunu bildirib: "Bu, iki xalqın nə qədər yaxın olduğunu göstərir".

Terrorla mübarizədə İran və Türkiyə əlaqələrinə toxunan H.Həbibullahzadə bildirib: "Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir. İran, Suriya, İraq və Türkiyədəki vəziyyət digər aktorlara da təsir edir".