ABŞ Ukraynaya “Patriot” raketləri göndərə bilər

ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün raketlər təqdim edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Lakin o, belə bir qərarın nə vaxt qəbul edilə biləcəyini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio müttəfiqlərdən heç birinin Ukraynaya “Patriot” verməyə həvəsli olmadığını demişdi. Onun sözlərinə görə, Vaşinqton Kiyevə bu kompleksləri göndərə bilmir, çünki öz ehtiyacları üçün çatışmazlıq yaşayır, lakin bu komplekslərə sahib olan müttəfiqlərlə iş aparır.