Medvedev: Rusiyanın Avropaya hücum edəcəyi iddiaları cəfəngiyyatdır

Qərb siyasətçilərinin Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı açıqlamaları tamamilə əsassız və məqsədli şəkildə yayılan dezinformasiyadır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

O deyib ki, bu fikirlər məqsədli şəkildə yayılır və vəziyyəti gərginləşdirmək üçün informasiya müharibəsinin bir hissəsidir.

"Prezident Vladimir Putin açıq şəkildə bildirib ki, Rusiya nə NATO ilə müharibə etmək, nə də Avropaya hücum etmək istəyir",- o qeyd edib.