Analitik: Əl-Şaraanın devrilməsi regionda balansları dəyişə bilər
09:16 21.07.2025
Dünya
396
"İsrail Suriyada vətəndaş müharibəsini bərpa etmək və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl Şaraanı devirmək istəyir".
Bu iddia ilə Türkiyənin "Hürriyet" qəzeti çıxış edib.
Nəşr qeyd edir ki, Türkiyə kəşfiyyatı daha əvvəl Əl Şaraaya qarşı sui-qəsdin qarşısını alıb:
"İsrail Suriyada sabitliyi pozmaq istəyir. Onlar vətəndaş müharibəsini yenidən başlatmağa çalışır, məqsəd Əhməd əl Şaraanı devirməkdir. Rəsmi Təl-Əviv Türkiyənin Suriyaya müdaxiləsindən narahatdır. PKK tam şəkildə tərkisilah olunsa, Ankaranın sözügedən ölkəyə təsiri artacaq. Buna görə də İsrail druzları canlandırmağa çalışır".
Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, İsrailin Suriyadakı son hava hücumları və kəşfiyyat təxribatları bölgədə yeni geosiyasi gərginliyin təməlini qoyur:
"Əgər iddia olunduğu kimi İsrail Suriyada keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı devirmək niyyətindədirsə, bu, regionda balansları dəyişə bilər. ABŞ və Qərb, xüsusən də Vaşinqton ilkin mərhələdə bu tip müdaxiləyə qarşı neytral və ehtiyatlı ritorika ilə çıxış edəcək. Lakin bu ölkələrin əsas məqsədi İranın Suriyadakı təsirinin atmamasıdır. ABŞ və Avropa İttifaqı üçün əsas prioritet sabitlikdir, buna görə də xaosa aparacaq bir ssenari arzuolunmazdır. Türkiyə isə Suriyanın şimalında maraqlarını qorumağa davam edəcək. Həmçinin Ankara mümkün destabilizasiya planlarına qarşı həm sərhədlərini möhkəmləndirəcək, həm də diplomatik kanalları hərəkətə keçirəcək. Türkiyə üçün yeni bir qaçqın dalğası təhlükəsi ciddi narahatlıq doğurur. NATO üzvü olan Türkiyə bölgədə birbaşa hərbi müdaxiləyə getməkdənsə Rusiya və ABŞ-la koordinasiyanı önə çıxara bilər. Rusiya isə İsrailin bu cür siyasətinə qarşı etirazını bildirəcək, lakin praktiki səviyyədə məhdud təsir gücünə sahibdir".
Amalitikin fikrincə, İsrail üçün əsas məsələ İran dəstəkli qrupların gələcəkdə olmamasıdır:
"Lakin Əl-Şaranın devrilməsi Suriya daxilində daha dərin parçalanmalara səbəb ola bilər. Bu da regionda yeni bir vətəndaş müharibəsi ehtimalını gücləndirir. İran, Livan və Hizbullahı vasitəsilə cavab verməyə cəhd edə bilər ki, bu da Livan sərhədində yeni gərginlik yaradacaq. Beynəlxalq hüquq baxımından İsrailin suveren bir ölkənin daxili proseslərinə təsiri pislənəcək. Lakin real siyasətdə bu, cəzasız qala bilər. Yekunda isə bölgədəki aktorlar – Rusiya, İran, ABŞ – yeni bir status-kvo üçün hərəkətlənə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
09:25 11.09.2026
İqtisadiyyat
UEFA reytinqi: Azərbaycan həftəni 25-ci pillədə başa vurub
09:15 11.09.2026
Futbol
Xeyriyyə işi üçün soyundu
08:48 11.09.2026
Şou
Gündə 50 qramdan artıq yemək zərərlidir
07:50 11.09.2026
Sağlamlıq