Si Cinpin: Çin Aİ üçün təhlükə deyil

Çin Avropa İttifaqı (Aİ) üçün təhlükə mənbəyi deyil və Çin-Avropa münasibətlərində ciddi ziddiyyətlər yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Çi lideri Si Cinpin bildirib.

O deyib ki, Aİ-nin bu gün üzləşdiyi çağırışlar Çindən qaynaqlanmır.

"Çin və Aİ arasında əsas maraqlarda və geosiyasi məsələlərdə ciddi fikir ayrılığı yoxdur", - Cinpin qeyd edib.