Bir gün 22 saat olacaq? - Yer sürətlənir, zamanın sirləri açılır
Yusif Nəzərli
07:27 03.08.2025
Dünya
425
Yer sürətlənir, zaman dəyişir. Tarixin ən qısa günlərindən birinə doğru geri sayım başlayıb.
Sherg.az xəbər verir ki, əgər bu yay zamanı sanki su kimi axıb gedir kimi hiss etmisinizsə, tək deyilsiniz. Alimlərə görə, Yer öz oxu ətrafında əvvəlkindən daha sürətli fırlanır və bu, rəsmi qeydlərlə təsdiqlənib.
İyul ayında Yer tarixdəki ən qısa günlərini yaşayıb. 9, 10 və 22 iyul tarixlərində günlər adi 86 400 saniyəlik vaxtdan düz 1.3 millisaniyə daha qısa olub. Mütəxəssislərə görə, bu hal 5 avqustda yenidən baş verə bilər.
Hər nə qədər bu dəyişikliklər cüzi görünsə də, peyklər, kompüter sistemləri və qlobal zaman koordinasiyası üçün ciddi nəticələr doğurur.
Alimlər bu sürətlənmənin Yer kürəsinin təbii fırlanma dəyişiklikləri ilə əlaqədar olduğunu bildirirlər. Ayın cazibə qüvvəsi, atmosferdəki dəyişikliklər və Yer kürəsinin nüvəsində baş verən dinamik proseslər bu sürətə təsir edir.
Lakin astronom Prof. David Jevitt məsələni fərqli bucaqdan izah edir. Ona görə, buzlaqların əriməsi, tektonik hərəkətlər və atmosfer dəyişiklikləri Yerin kütlə paylanmasına təsir edir və bu da fırlanma sürətini artırır. Sanki buz üzərində fırlanan idmançının qollarını bədəninə yaxınlaşdırması ilə daha sürətli fırlanması kimi…
Yalnız 1 km/saat sürət artımı belə ekvator ətrafında dəniz səviyyəsinin bir neçə santimetr yüksəlməsinə səbəb ola bilər. Bu kiçik artım belə sahil şəhərləri üçün sel riskidir.
Əgər bu artım 100 km/saat səviyyəsinə çatarsa, qütblərdəki sular ekvatora doğru axar və bəzi sahil şəhərləri su altında qala bilər.
Yerin sürətli fırlanması yalnız dənizləri deyil, insan sağlamlığını da təsir edə bilər. Günlərin uzunluğu 24 saatdan 22 saata düşə bilər. Bu isə bədənimizin bioloji saatında 2 saatlıq sapma yaradar - sanki hər gün saatlar irəli çəkilirmiş kimi.
Araşdırmalar bu tip dəyişikliklərin infarkt, iflic və yol qəzaları riskini artırdığını göstərir. NASA-dan Dr. Sten Odenvald isə Yerin sürətlənməsinin qasırğaların güclənməsinə səbəb ola biləcəyini qeyd edir.
1972-ci ildən bəri UTC (Beynəlxalq Koordinasiya olunmuş Zaman) sistemi Yerin yavaşlamasını kompensasiya etmək üçün 27 dəfə "artıq saniyə" əlavə edib. Lakin son illərdə Yer sürətləndiyi üçün bu əlavə etmələr dayandırılıb.
Alimlər bildirirlər ki, əgər bu sürətlənmə davam edərsə, tarixdə ilk dəfə "mənfi artıq saniyə" tətbiq edilə bilər - yəni saatlar geriyə çəkilə bilər. Bu ehtimalın 2035-ci ilə qədər baş vermə şansı 40 faiz olaraq qiymətləndirilir.
Prof. vitt deyir ki, yalnız buzlaqlar deyil, hətta yarpaqlarını tökən ağaclar belə Yerin fırlanma sürətinə təsir edəcək. Tökmüş yarpaqlar kütləni Yerin mərkəzinə yaxınlaşdıraraq fırlanmanı mikroskopik səviyyədə sürətləndirəcək.
Yer kürəsinin fırlanma sürəti millisanilərcə dəyişsə də, bu fərqlərin toplanması nəticəsində iqlimdən tutmuş texnologiyaya, iqtisadiyyatdan sağlamlığa qədər bir çox sahədə zəncirvari təsirlər yarana bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya