Jurnalist: Trampın xüsusi nümayəndəsi Ukraynaya səfər edəcək

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq avqustun 23-də Kiyevə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”in müxbiri Qrem Sletteri özünün sosial şəbəkə hesabında yazıb.

Kelloqun Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

"O, həmçinin cari həftənin diplomatik qrafikini müzakirə edəcək. Bu səfər ABŞ, Ukrayna və Avropa arasında təhlükəsizlik zəmanətlərinin müzakirəsi fonunda baş verir", - o yazıb.