Kim Çen In Şimali Koreyanın gələcək liderini də Çinə aparıb - FOTO

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E Çinə səfərində atasını müşayiət edir.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Agentlik Şimali Koreya lideri və qızının fotolarını dərc edib.
Kadrlarda Çin rəsmilərinin qatarla gələn qonaqları salamladığı görünür. “Yonhap” bildirib ki, Kim Çen Inın qızı ilk dəfədir xarici ölkəyə səfərində onu müşayiət edir.