ABŞ Ukrayna ilə bağlı hərəkətə keçəcək - Tramp açıqladı

ABŞ Rusiyanın Ukraynadakı addımlarından narazı olarsa, addım atacaq.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ lideri həmçinin Ukraynadakı vəziyyəti tənzimləmək üçün Rusiyaya təsir etməməklə bağlı iddiaları qəti şəkildə rədd edib.

Tramp təfərrüatı açıqlamadan Rusiyanın Ukraynadakı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini bildirib.