Trampın ölümü ilə bağlı Zaxarovadan açıqlama
Yusif Nəzərli
06:40 04.09.2025
Dünya
388
“ABŞ Prezidenti Donald Trampın ölkədə əvvəllər qadağan olunmuş fikirlərini ifadə etdiyi üçün onun çoxlu bədxahları var”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidentinin ölməsi ilə bağlı KİV-də yayılmış iddianı şərh edərkən deyib.
Diplomatdan Trampın iddia edilən ölümü ilə bağlı şayiələrin kimə lazım olduğu soruşulanda belə cavab verib:
“Düzünü desəm, bütün bunları izləyirdim. Düşünürəm ki, onun Amerika Birləşmiş Ştatlarında qadağan edilmiş şeyləri səsləndirdiyinə görə çoxlu sayda bədxahları var”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu bədxahlar Trampa qarşı müxtəlif üsullardan istifadə edəcəklər: “Bunun arxasında kimin dayandığını bilmirəm”.
Zaxarova qeyd edib ki, bəziləri təkcə Trampın Ukrayna ilə bağlı mövqeyindən deyil, həm də bir çox başqa məsələlərdən narazıdır: “O, Amerika pasportlarında üçüncü cinsin təsbit edilməsi ilə bağlı dəhşətli macəranın ləğvinin qanunvericilik səviyyəsində qəbul edilməsini təmin etmək üçün hər şeyi etdi. O, Amerikada əsl söz azadlığını da qaytarmaq üçün hər şeyi edir”.
Rusiya rəsmisi Trampın Amerikanı xilas etmək üçün Ağ Evə qayıtdığını da iddia edib.
Qeyd edək ki, avqustun 29-da internetdə prezidentin iki gündür ictimaiyyət qarşısına çıxmaması ilə bağlı xəbərlər yayılmağa başlayıb. “Neewsweek” yazıb ki, “whereistrump” həştəqi X-də altıncı ən populyar həştəq olub. Süni intellekt “Grok” Amerika liderinin ehtimal edilən ölümü ilə bağlı 1,3 milyondan çox paylaşım qeydə alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou