
Analitik: NATO-nun Ukraynada yerləşməsi Kremlin qırmızı xəttidir
11:47 05.09.2025
Dünya
316
Putinin açıqlaması Qərbə açıq mesajdır
NATO qoşunları Ukrayna ərazisində peyda olarsa, Rusiya onlara hücum edə bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq. Ukraynada sülh əldə olunduqdan sonra isə orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq”, - Putin bildirib.
Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Xarici kontingentlərin Ukraynada Rusiya sərhədləri yaxınlığında olması təhlükəlidir.
“Biz sərhədlərimizə yaxın Ukrayna torpaqlarında beynəlxalq qüvvələrin və ya bəzi xarici qüvvələrin, NATO ölkələrinin qüvvələrinin olmasını özümüz üçün təhlükə kimi görürük”, - o bildirib.
Peskov əlavə edib ki, avropalı nümayəndələr Ukrayna ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyini təmin etməkdən danışır:
“Bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini məhv etməklə təmin edə bilməzsiniz. Bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək. Biz NATO-nun düşməniyik. NATO sənədlərində belə yazılıb. Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Vladimir Putinin "NATO qoşunları Ukrayna ərazisində peyda olarsa, Rusiya onlara hücum edə bilər" fikri Ukraynaya və müttəfiqlərinə xəbərdarlıq kimi qiymətləndirilməlidir:

"Bu xəbərdarlığın avropalı müttəfiqlərin sülh razılaşmasından sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərəcəyi vədindən bir gün sonraya təsadüf etməsi də Kremlin ciddi narahatlığının göstəricisidir.
Onsuz da müharibənin başlamasının əsas səbəblərindən biri Rusiyanın Kiyevin NATO-ya üzv kimi qəbul olunmasına və öz qüvvələrini Ukraynada yerləşdirməsinə mane olması idi. Bundan əlavə, Moskva idda edir ki, 2022-ci ildə İstanbulda keçirilən sülh danışıqlarında əldə edilən razılaşmaların müddəalarında Ukraynanın NATO ambisiyalarından əl çəkməsi yer alıb. Bunun müqabilində isə Kiyev ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan təhlükəsizlik zəmanəti alacaq.
Lakin Kreml düşünür ki, Rusiya və Ukrayna üçün təhlükəsizlik təminatları müəyyən edilməlidir".
Analitik əlavə edib ki, Moskva Kiyev və onun Qərb müttəfiqlərinin təhlükəsizlik zəmanətlərinin arasında Ukraynaya qoşun göndərməyi öz maraqlarına zidd hesab edir:
"Təbii ki, əsasən Fransa istisna, ABŞ və digər Avropa dövlətləri Ukraynaya hazırkı məqamda qoşun yerləşdirmək planının olmadığını açıq şəkildə bildirir. Həmçinin bu addımın münaqişəni alovlandırcağını düşünürlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya