Qətər Əmiri: İsrailin hücumu suverenliyimizin kobud şəkildə pozulmasıdır
14:19 15.09.2025
Dünya
358
Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrailin Dohaya endirdiyi və 5 nəfərin ölümü ilə nəticələnən hava zərbələrini "xain hücum" adlandırıb.
"Report"un məlumatına görə, bunu Əl Tani ərəb və müsəlman ölkələri liderlərinin fövqəladə sammitinin açılışında bildirib.
O, həmçinin bildirib ki, İsrailin hərəkətləri beynəlxalq hüququn və Qətərin suverenliyinin "kobud şəkildə pozulması"dır.
"Doha dəfələrlə HƏMAS və İsrail nümayəndə heyətlərini qəbul edib. Sual yaranır, niyə danışıqların tərəfi olan dövlət danışıqların keçirildiyi yerə qarşı təcavüz göstərir. Əgər İsrail HƏMAS liderlərini öldürmək istəyirsə, onda niyə danışıqlar aparır?", - Qətər Əmiri qeyd edib.
Onun sözlərinə görə, Qətər İsrailin hərəkətlərini həm də Qəzza üzrə danışıqları pozmaq cəhdi kimi qiymətləndirir: "İsrail və HƏMAS arasında danışıqlar Misir və ABŞ-nin köməyi ilə tamamlanmağa yaxın idi. Bu, bir çox girovun azad edilməsinə gətirib çıxara bilərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət