
Suat Delgen: F-35 proqramı ilə bağlı danışıqlar açıq saxlanılır
10:10 26.09.2025
Dünya
421
Bu məsələdə Türkiyənin nə qapıdan içəri girməsinə icazə verilir, nə də qapını tərk etməsinə
Türkiyənin yenidən F-35 layihəsinə qoşula bilməsi üçün hər halda Konqresin təsdiqi tələb olunur
Ankara Vaşinqtonun müəyyən sorğusunu yerinə yetirərsə, F-35 qırıcılarının Türkiyəyə tədarükünə asanlıqla razılıq verə bilərəm.
Bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
"İstəsəm, bunu asanlıqla edə bilərəm. Bəli, biz bunu edə bilərik", - Tramp qırıcıların Türkiyəyə tədarükü imkanı barədə danışarkən bəyan edib.
"İstəsəm, bunu asanlıqla edə bilərəm. Bəli, biz bunu edə bilərik", - Tramp qırıcıların Türkiyəyə tədarükü imkanı barədə danışarkən bəyan edib.
Bu sövdələşmənin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala amerikalı lider belə cavab verib: "Bu, onun (Türkiyə Prezidenti Tayyip Ərdoğanın - red.) bizim üçün bir şeyi edib-etməyəcəyindən asılı olacaq".
Bununla belə, Ağ Ev rəhbəri söhbətin konkret nədən getdiyini açıqlamayıb.
Eyni zamanda Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib ki, ABŞ və Türkiyə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıblar.
"Biz Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində çoxşaxəli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir prosesə başladıq. Görüşün sonunda liderlərin və ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzaladıq. Ümid edirəm ki, bu razılaşma çərçivəsində görülən işlər hər iki ölkə üçün fayda verəcək", - nazir H.Bayraktar əlavə edib.
Memorandum Türkiyə və ABŞ liderləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında danışıqların aparıldığı Ağ Evdə imzalanıb.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a deyib ki, ABŞ Prezidenti Trampın əvvəlki açıqlamalarının nəticəsində baş verən hadisələri də nəzərə almaq lazımdır:

"Yəni Tramp “filan iş olacaq, bunu edəcəyik” dedikdə, bu, həmin işin mütləq şəkildə baş verəcəyi və həyata keçiriləcəyi anlamına gəlmir.
Türkiyənin F-35 layihəsindən çıxarılmasının əsas səbəbi 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alınması idi. ABŞ Dövlət Departamenti bu ilin may ayında yenidən açıqladı ki, Türkiyənin F-35 proqramına qayıda bilməsi üçün S-400-lərdən imtina etməsi şərtdir. Tutaq ki, bu mövzuda ABŞ Prezidenti Tramp və Prezident Ərdoğan arasında baş tutacaq görüşlərdə tərəflər razılığa gəldilər və S-400 məsələsini başqa şəkildə həll etməyə qərar verdilər. Həmçinin Türkiyənin F-35 proqramına dönüşü barədə də anlaşma əldə olundu. Amma bunun üçün bir sıra hüquqi maneələr var. Birincisi, ABŞ-ın milli müdafiə səlahiyyətləri haqqında qanununda dəyişiklik edilməlidir. İkincisi, “Katsa” sanksiyalarına gəlincə, ABŞ Prezidenti milli təhlükəsizlik səbəbini əsas gətirərək bəzi məhdudiyyətləri aradan qaldıra bilər. Lakin Türkiyənin yenidən F-35 layihəsinə qoşula bilməsi üçün hər halda Konqresin təsdiqi tələb olunur. Hazırkı ab-havaya baxıldıqda isə Konqresin bu məsələyə müsbət yanaşdığını söyləmək çətindir. Bu səbəbdən də F-35 proqramı ilə bağlı danışıqlar açıq saxlanılır. Bu məsələdə Türkiyənin nə qapıdan içəri girməsinə icazə verilir, nə də qapını tərk etməsi təmin olunur".
Ekspert qeyd edib ki, bölgədə Vaşinqtonun əsas müttəfiqi İsrail, strateji tərəfdaşlarından biri isə Yunanıstandır:
"ABŞ bu iki ölkəyə artıq F-35 qırıcılarını verib. Buna görə də, Türkiyənin İsrail və Yunanıstana qarşı hər hansı təhlükəsizlik təhdidi yaratması halında, ABŞ-nin Ankaraya F-35 satışı məsələsinə müsbət yanaşacağını düşünmürəm. Odur ki, Türkiyə-İsrail və Türkiyə-Yunanıstan münasibətlərində nəzərəçarpacaq bir normallaşma əldə olunmadan, nə ABŞ Konqresinin, nə də Müdafiə Nazirliyinin Türkiyəyə F-35 satışı məsələsinə razılıq verəcəyini gözləmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm