Makrondan Rusiyaya hədə: Gözləyin!

“Hazırda Rusiya ilə qarşıdurmadayıq”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən əvvəl deyib.

“İndi bir neçə ildir informasiya sferasında, o cümlədən seçkilər zamanı çox aqressiv olan və kiberhücumları artıran Rusiya ilə qarşıdurmadayıq”, - Makron bildirib.

Fransa lideri həmçinin qeyd edib ki, beynəlxalq məkanı pozan hər kəs cavab gözləməlidir.

Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.