Saakaşvilidən Merkelə reaksiya: Eyni şeyi Sarkozi mənə demişdi
13:15 07.10.2025
Dünya
424
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın sabiq kansleri Angela Merkelin Polşa və Baltikyanı ölkələrə yönəlik ittihamına reaksiya verib.
Teleqraf xəbər verir ki, o, vaxtilə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin də ona oxşar sözlər dediyini bildirib.
“Angela Merkel Ukrayna müharibəsinə görə Baltikyanşı ölkələri və Polşanı ittiham edib, onun fikrincə, bu ölkələr Rusiya ilə Avropa İttifaqı arasında dialoqun qarşısını alıblar. Bu, mənə çox tanış gəlir, 2008-ci ildən (Rusiya-Gürcüstan savaşından) sonra görüşəndə Prezident Sarkozi mənə sözbəsöz eyni şeyləri demişdi”, - Mixeil Saakaşvili vurğulayıb.
Angela Merkel bundan əvvəl bildirib ki, Polşa və Baltikyanı ölkələr Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyəti bölüşürlər.
Keçmiş kansler qeyd edib ki, 2021-ci ildə o, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar üçün yeni format yaratmağa çalışıb: “Çünki Putin artıq Minsk razılaşmalarını ciddi qəbul etmirdi”.
Həmçinin onun sözlərinə görə, məhz Polşa, Litva, Latviya və Estoniya Rusiyaya qarşı vahid Avropa siyasətinin olmayacağı qorxusundan bu təşəbbüsə qarşı çıxıblar. Merkel iddia edib ki, bu mövqe Avropa İttifaqı və Rusiya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb, nəticədə Ukraynada müharibəyə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət